UNEC-in Mühəndislik fakültəsində 28 May – Müstəqillik Gününə həsr olunmuş seminar təşkil edilib.
Seminarda Mühəndislik fakültəsinin dekan müavini Sevinc Abdullayeva çıxış edərək Azərbaycan müstəqilliyinin tarixi əhəmiyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti üzərinə düşən mühüm tarixi missiyanı uğurla yerinə yetirib. Qeyd olunub ki, həmin dövrdə Azərbaycanın ilk parlamenti yaradılıb, dövlət sərhədləri müəyyənləşdirilib, dövlət atributları təsdiq edilib, ölkənin ilk universiteti təsis olunub və təhsil milliləşdirilib. Bununla yanaşı, xalqın sonrakı illərdə mədəni inkişafına zəmin yaradan mühüm addımlar atılıb.
Tədbir 28 May – Müstəqillik Gününə həsr olunmuş videoçarxın nümayişi ilə davam edib.