A

UNEC Kitabxana-İnformasiya Mərkəzinin (KİM) 2 saylı kitabxanasının təşkilatçılığı ilə “UNEC kitabxana resurslarından effektiv istifadə” mövzusunda növbəti təlimlər keçirilib.

Təlimdə 2 saylı kitabxananın müdiri Rəsmiyyə Rzayeva İqtisadiyyat və idarəetmə, Rus İqtisad Məktəbi və Türk Dünyası İqtisad fakültələrinin tələbələrinə KİM-in fəaliyyəti, elektron və ənənəvi xidmətləri, beynəlxalq elmi resursları barədə ətraflı məlumat verib.

Tədbir çərçivəsində iştirakçılara library.unec.edu.az veb səhifəsindən istifadə qaydaları, elektron kataloq vasitəsilə resurs axtarışı metodları izah olunub. Eyni zamanda universitetin abunə olduğu Scopus, Web of Science, EBSCOhost, ProQuest Ebook Central kimi beynəlxalq elektron bazalar, Research Assistant süni intellekt aləti və açıq girişli elektron resurslar haqqında məlumat təqdim edilib, onların istifadə qaydaları canlı nümayiş etdirilib.

Görüş zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb, elmi və elektron resurslardan daha səmərəli istifadə ilə bağlı tövsiyələr verilib.

TOP XƏBƏRLƏR