A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) I kurslar arasında “İqtisadi biliklər” yarışına start verilib. UNEC-in İqtisadiyyat fakültəsinin Tələbə Elmi Cəmiyyətinin  (TEC) təşkilatçılığı ilə keçirilən yarışda Tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova bildirib ki, layihənin məqsədi tələbələrin ixtisas fənnlərindən olan biliklərini artırmaq, onların rəqabətlilik qabilliyyətini formalaşdırmaq, tədqiqat və natiqlik bacarıqlarını inkişaf etdirməkdir.

İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev elm yarışı barədə məlumat verib. Bildirib ki, İqtisadiyyat fakültənin tələbələrindən ibarət komandalara mövzuları dərindən araşdıraraq, geniş təqdimat hazırlamaq üçün öncədən “İqtisadiyyata giriş” fənni üzrə tapşırıqlar verilib.

Sonra komandalar təqdimatla çıxış ediblər. Çıxışlardan sonra yarış komandalararası diskussiya formatında davam edib.

6 komanda olmaqla, 33 tələbənin qatıldığı yarışda münsiflər heyətinin qərarı ilə 3 komanda növbəti mərhələdə iştirak hüququ qazanıb. “İqtisadi biliklər” yarışının II mərhələsi fakültələr arasında keçiriləcək. Qaliblər diplom və mükafatla təltif olunacaqlar.

Layihənin müəllifləri İqtisadi nəzəriyyə kafedrasının müəllimi, dosent Sevda Sərdarova ilə İqtisadiyyat fakültəsi TEC-in sədri, Fidan Cahangirovadır. 

 

TOP XƏBƏRLƏR