A

UNEC-in SABAH Mərkəzinin III və IV kurs tələbələri Azərbaycanın ən iri şirkətlərindən biri olan “Ulduz” şokolad fabrikində ekskursiyada olublar.

Tələbələrə “Ulduz” şokolad fabrikinin yaranma tarixi və istehsal prosesi haqqında ətraflı məlumat verilib. Daha sonra istehsal prosesini canlı şəkildə izləmək üçün tələbələr şokoladın hazırlanması və qablaşdırılması prosesi ilə tanış olublar.

Qeyd edək ki, Avropanın ən müasir avadanlıqları ilə təchiz edilən fabrikin məhsulları dünyanın 20-dən çox ölkəsinə ixrac olunaraq ölkəmizi qida sektorunda təmsil edir. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay