A

Goranboy şəhərində 2026-cı il üçün “Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi keçirilib. Tədbir çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təsis edilmiş 2026-cı il üzrə “İlin Gənci” mükafatının qalibləri elan olunub.

UNEC-in İqtisadiyyat və İdarəetmə fakültəsinin lV kurs tələbəsi Ərhun Baxış “İlin Gənci” mükafatının qalibi olub.

Ərhun Baxış universitetin ictimai həyatında fəal iştirak edir. O, 2023-2024 cü illərdə “Bir Könüllü Tələbələrin Əməkdaşlığı” İctimai Birliyinin İnsan Resursları üzrə meneceri, 2024-cü ildən isə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyində fəaliyyətini davam etdirir.

Hazırda DVC İB-sədr müavini və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin təşəbbüsü ilə yaradılmış UNEC “YENİ Klub” təşkilatının sədridir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay