A

UNEC-də Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib. 1-ci kurs tələbələrinə proqram barədə məlumatı layihənin ümumi işlər üzrə koordinatoru Canoğlan İlyasov təqdim etdi.

“Bir” Tələbə-Könüllü Proqramı ölkəmizin siyasi və iqtisadi inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli layihədir.

Görüşdə proqramın altı əsas istiqaməti olan Öyrən, Öyrət, Yaşa, Yaşat, Kəşf et və Zövq al çərçivəsində paytaxt və regionlarda keçirilən layihələr barədə məlumat verildi.

Qeyd edildi ki, ölkədə könüllülərin fəaliyyəti vahid məlumat bazasında sistemləşdirilir. Tələbənin könüllü olaraq dövlət əhəmiyyətli tədbirlərdə iştirakı gələcəkdə onun karyerasına müsbət təsir edə biləcəyi vurğulandı.

Tədbirdə UNEC tələbələrinin konüllülük fəaliyyətində daim fəal olduğu qeyd edildi.

C.İlyasov bildirdi ki, könüllü olmaq üçün www.konullu.edu.az saytında qeydiyyatdan keçmək və iştirak etmək istədiyiniz dövlət və beynəlxalq miqyaslı tədbirin adını qeyd etmək kifayət edir.

Sonda tələbələrin sualları cavablandırılıb, tədbir maraqlı oyun və müsabiqələrlə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay