“AzNar” QSC-nin baş direktoru Teymur Əhmədovun başçılığı ilə şirkət nümayəndələri UNEC-in Texnologiya və dizayn fakültəsinin rəhbərliyi ilə görüşüblər.
Məqsəd əldə olunmuş razılığa əsasən fakültənin Qida məhsulları mühəndisliyi ixtisası üzrə təhsil alan III və IV kurs bakalavriat və II kurs magistrantlarla görüşmək və onların arasından istedadlı gəncləri seçməklə onlara əlavə təlimlərin keçirilməsidir.
Tədbiri giriş sözü ilə fakültənin dekanı prof. Vəkil Hüseynov açaraq qonaqları salamladı və tədbirdə iştirak edən tələbələrə görüşün mahiyyəti barədə məlumat verdi.
Tədbirdə “AzNar”ın baş direktoru T.Əhmədov tələbələrə işə qəbuletmə qaydaları və şirkətin fəaliyyəti barədə ətraflı məlumat verdi.
“AzNar”ın baş texnoloqu İlqar Bəkirov yeni qurulacaq müəssisə barədə ümumi məlumat verərək tətbiq olunacaq texnoloji proses və avadanlıqlar barədə tələbələrə geniş məlumat verdi.
Görüş zamanı ixtisasın buraxılış kurs tələbələrindən 10 nəfərin “AzNar”da ixtisas təcrübəsinə qəbul ediləcəkləri barədə razılıq əldə edildi.