A

UNEC-in “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin seçki konfransı keçirilib.

Konfransda UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova “İqtisadçı Tələbələrə Dəstək” İB-nin son illərdəki fəaliyyətinə qısa nəzər salaraq, həyata keçirilən tədbir və layihələrdən söz açıb.

Sonra birliyə yeni sədr seçkiləri keçirilib. Sədrliyə namizədlərin platformaları dinlənildikdən sonra səsvermə aparılıb. Rus İqtisad Məktəbinin III kurs tələbəsi Adnan Nəcəfov UNEC “İqtisadçıTələbələrə Dəstək” İctimai Birliyinin yeni sədri seçilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay