A

UNEC-in rus dilində keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə çempionatın növbəti mövsümünün açılışı keçirilib. Çempionat Rus iqtisad məktəbinin direktor müavini Anar Eyyubovun təşəbbüsü və aparıcılığı, UNEC THİK-in dəstəyi ilə həyata keçirilir.

Tədbirin əvvəllində ötən mövsümün qaliblərinə kuboklar və nəfis tərtibatlı kitablar hədiyyə edilib. Qeyd edək ki, ötən mövsümdə 1-ci yerə – “Spirit” komandası, 2-ci yerə “Uinterfell”, 3-cü yerə isə “Veni, Vidi, Viçi” komandaları çıxıb.

Sonra yeni mövsümün ilk turu keçirilib. Turun ilk qalibiyyəti isə bir xal fərqi ilə birinci kurs tələbələrindən ibarət “Dəniz” komandasından gəlib. Tələbələrin böyük maraqla qatıldığı yarışın bu mövsümdə gərgin rəqabət şəraitində davam edəcəyi gözlənilir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay