UNEC Tələbə Elmi Cəmiyyəti (TEC) kafedralar nəzdində fəaliyyət göstərən dərnək rəhbərləri ilə görüş keçirib. Görüşdə 26 dərnək rəhbəri iştirak edib.
Görüşdə yeni dərnək rəhbərləri təqdim olunub. Daha sonra “Elm aylığı”nda görüləcək işlər və ənənə halını almış “III UNEC Science Slam” beynəlxalq elm müsabiqəsi haqqında fikir mübadiləsi aparılmışdır. Tədbir iştirakçılarına dərnəklərin fəaliyyət istiqamətləri haqqında məlumat verilib.
"Beynəlxalq iqtisadiyyat" kafedrasının gənc müəllimi Rövşən Camalov dərnək adının klub ilə əvəz edilməsini təklif etdi. Müzakirələr sonrası, "Xarici dillər" kafedrasının müəllimi Aysel Xəlilova və Beynəlxalq İqtisadiyyat Məktəbinin müəllimi Turan Süleymanov onlayn video təlimlərin keçirilməsini təklif etdilər. SABAH Mərkəzinin təmsilçisi Aygün Abdulova tələbələrin dərnəklərdə daha aktiv iştirakının təmin edilməsinə dair öz təcrübəsi haqqında məlumat verdi.
Müzakirələrin nəticəsində TEC sədri Nərmin Heydərova planlaşdırılan tədbirlər barədə danışdı.
Sonda dərnəklərlə görüşün hər ay keçirilməsi qərarı qəbul edildi.