A

Biznes və menecment fakültəsinin TGT-nin təşkilatçılığı ilə baş mentor dosent Pikəxanım Xudiyeva tələbələrlə görüş keçirib.

Görüşdə  UNEC-də mentor fəaliyyətinin  tədbiqinin zəruriliyi, fakültədə bu sahədə aparılan işlər haqqında məlumat verilib. P.Xudiyeva UNEC-də tədbiq edilən mentorluq fəaliyyətinin tədris, akademik nailiyyətlərinin artırılmasına, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsinə istiqamətləndiyini bildirib. Tədbirdə fakültə tələbələrinin müxtəlif layihələrin həyata keçirilməsi, Tələbə Elmi Cəmiyyətinin konfranslarında, təlimlərdə, seminarlada aktiv iştirakı, onların asudə vaxtlarının səmərəli təşkili və onların maarifləndirilməsi məqsədi ilə müzakirələr aparılmışdır. Qeyd edilmişdir ki, fakültədə gənclərin istiqamətləndirilməsi və problemlərinin həlli məqsədilə mentorluq fəaliyyətini icra edən 60 mentor-müəllim fəaliyyət göstərir. TGT-nın fakültə sədri Firuzə Əmrullayeva mentor-müəllimlərin fəaliyyətinin tələbələrin dünyagörüşünün, sosial aktivliyinin artırılmasına xidmət etdiyini bildirdi. Tələbələr bu layihələrdə iştirak edərək tələbəlik həyatını daha  səmərəli və rəngarəng keçirə bilərlər.

Sonda tələbələrin sualları cavablandırıldı.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay