A

UNEC-in Rus İqtisad Məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş “Nə? Harada? Nə zaman?” oyunu üzrə “Doğma dil” kuboku keçirilmişdir.

Tədbir RİM-nin direktor müavini, “Turan” intellektual oyunlar klubunun üzvü Anar Eyyubovun, THİK və TAM gənclər təşkilatlarının dəstəyi ilə baş tutmuşdur.

Yarışma iştirakçılarına Azərbaycan filmlərindən səhnələr, Azərbaycan Xalq Cümhuriyyətinin üzvləri haqqında maraqlı faktlar və tarixi fotolar nümayiş etdirilmişdir.

Yarışda UNEC tələbələri ilə yanaşı, digər ali təhsil müəssisələrinin tələbələri, universitet əməkdaşları, müəllim və məzunları, həmçinin Ədliyyə Nazirliyinin əməkdaşlarından ibarət komandalar iştirak etmişdi.

Gərgin mübarizə şəraitində keçən yarışmada birinci yerə “Humayun”, ikinci yerə “Cəsur Yeni Ürək”, üçüncü yerə “Loğmanlar” komandası layiq görülmüşdür.  Qaliblərə kubokla yanaşı, Azərbaycan Xalq Cümhuriyyəti haqqında iki cildlik ensiklopediya və digər hədiyyələr təqdim edildi.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay