A

UNEC-in Zaqatala filialında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilmişdir.

Filialın direktoru, professor Orucəli Rzayev,  bayram əhaval-ruhiyyəsi və Azərbaycanda müşahidə edilən sosial-iqtisadi inkişaf haqqında danışmışdır. O.Rzayev bildirdi ki: "Ulu Öndər Heydər Əliyevin dönüşünə qədər Azərbaycan parçalanma və vətəndaş müharibəsi ərəfəsində olan bir ölkə idi. Bu gün isə ölkəmiz dəyişir, inkişaf edir və bu proseslər bütün sahələrdə özünü göstərir". 

İnkişaf edən Azərbaycanı yeni qələbələrin gözlədiyini qeyd edən O.Rzayev tədbir iştirakçılarına xoş arzularını ünvanlayıb.

Sonra İqtisadiyyat fakültəsinin dekanı, dosent Həqiqət Qədimova çıxış edərək 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibəti ilə müəllim və tələbələri təbrik edib. 

Daha sonra tədbirin bədii hissəsi başlayıb. Filialın tələbələrinin iştirakı ilə musiqi nömrələri, rəqslər tədbir iştirakçılarının marağına səbəb olub. 

Tədbirdə filialın ictimai işlərində, intelektual oyunlarda, Xəmsə oyununda, futbol yarışmasında fəallıq göstərən tələbələr fəxri fərmanla təltif edilmişdir.

Tədbirdən sonra filialın tələbələri və əmkdaşları üşün bayram süfrəsi açılıb və əyləncəli oyunlar təşkil olunmuşdur.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay