A

19 yanvar – Azərbaycanın qəhrəman oğullarından biri 20 Yanvar şəhidi Əzizov Habil Kommunar oğlunun yad olunduğu gündür.

Əzizov Habil Kommunar oğlu 19 yanvar 1968-ci ildə Ağstafanın Vurğun qəsəbəsində anadan olub. D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki UNEC) qəbul olunub.

Bir il sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini Riqada başa vurub, yenidən instituta qayıdıb. Qiyabi təhsil alaraq, Ağstafada sovxoz idarəsində işləyib. 1990-cı ilin yanvarında III kurs tələbəsi Habil qış imtahan sessiyasında iştirak etmək üçün şəhərə gəlmişdi. Yanvarın 19-da imtahandan çıxıb, dostları ilə ad gününü qeyd edib. Gecə sovet qoşunları Bakıya daxil olanda Habil dostlarından ayrılaraq, şəhərə çıxıb. Sovet tankının altında qalaraq, şəhid olub. Ağstafadakı Şəhidlər Xiyabanında dəfn olunub. Bakı yerləşən  Şəhidlər Xiyabanında isə şəkli əbədiləşib. Oxuduğu orta məktəb onun adını daşıyır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay