A

Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə 2-3 fevral 2019-cu il tarixlərində Gənclər Günü münasibətilə Bakı Konqres Mərkəzində “İntellektual klubların Gənclər kuboku” adlı intellektual çoxnövçülük turniri keçirilmişdir.

Turnirdə UNEC-i Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən  “İqtisadçı intellektual klubu”nun üzvləri təmsil edirdi. Belə ki, “İntellektual Klubların Gənclər Kuboku” ölkənin 20 regionundan 70-ə yaxın komandasının iştirakı ilə baş tutub.

Yarışda,  Nə? Harada? Nə zaman?, Breyn Rinq, Erudit Kvartet oyunları keçirilib və gənclər 2 gün ərzində 700-ə yaxın suallara cavab veriblər. İştirakçılar arasında UNEC, BDU, ADNSU tələbələri üstünlük təşkil ediblər.

2 günlük mübarizənin sonunda:

REGİONLAR ÜZRƏ: 1-ci yeri Sabirabad, 2-ci yeri Gəncə, 3-cü yeri İsmayıllı klubu tutub.

Erudit Kvartet üzrə - Vendomat

Breyn Rinq üzrə - Revolver

Nə? Harada? Nə zaman? üzrə - Vendomat  komandaları qalib olublar.

Turnirin yekun qalibi isə 2 gün ərzində stabil və yüksək oyun nümayiş etdirən JM komandası olub.  İkinci yeri Vendomat, 3-cü yeri isə Prestij komandaları tutub. Uzun illərdir bu tipli intellektual yarışlarda öndə gedən hər 3 komanda “İqtisadçı İntellektual klubu”nu təmsil edirdi.

Turnirdə UNEC-in Tələbələrlə iş üzrə prorektoru dos. Səadət Qəndilova iştirak etmişdir. UNEC-in hər üç komandasını təbrik edir və uğurlar diləyirik.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay