UNEC Maliyyə və mühasibat fakültəsinin Maliyyə ixtisasının II kurs tələbəsi Kərim Kərimov “Heydər Əliyev və Müasir Azərbaycan Təhsili” adlı Respublika tələbə-şagird elmi konfransında UNEC-i uğurla təmsil etmişdir.
Ümumilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş Respublika tələbə-şagird konfransında dos. Hümeyrə Mustafayevanın elmi rəhbərliyi ilə “Multikulturalizmin Azərbaycan Modeli” mövzusunda məruzə edən Kərim Kərimovun məqaləsi redaksiya heyəti tərəfindən bəyənilmiş, “Məruzələrin tezisləri (19-20 aprel, 2019-cu il)” adlı kitabda dərc olunmuşdur.
Son olaraq Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev tərəfindən sertifikat ilə təltif edilib.
Kərim Kərimov eyni zamanda Maliyyə və mühasibat fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədridir.