A

UNEC-də “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı növbəti müəllim-tələbə formatında debat keçirilib.

Maliyyə və mühasibat fakültəsi nəzdində fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə keçirilən debatda “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının gənc müəllimi, layihənin müəllifi Zeynəb Qiyasova ilə fakültənin II kurs tələbəsi Suzanna Ağayeva ölkədə sosial siyasətin gücləndirilməsi istiqamətləri və onun maliyyələşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Debatda izləyici kimi iştirak edən fakültənin dekan müavini Anar Hüseynov və gənc müəllim Mirsahib Eminov sosial siyasət məsələləri ilə bağlı aparılan müzakirələrə qoşularaq ölkədə sosial-iqtisadi inkişafın konkret istiqamətlərinin elm, təhsil, səhiyyə sisteminin inkişafı üzərində qurulduğuna diqqət yetirib.

Qeyd edək ki, ən fərqli və maraqlı layihələrdən olan “1 müəllim və 1 tələbə” formatında debatların bütün fakültələrdə keçirilməsi nəzərdə tutulur.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay