A

UNEC-də Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününün yaranmasının 101-ci illdönümünə həsr olunan tədbir keçirilib.

DQƏTM TEC-in təşkilatçılığı ilə keçirilən tədbir Dövlət Himni səsləndirilməsi ilə başlayıb.

Tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova ümummilli lider Heydər Əliyevin ordumuzun təşkilatlanması və qüdrətlənməsi ilə bağlı tarixi xidmətlərindən bəhs edib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu siyasətinin yüksək nəticələrini diqqətə çatdırıb. O, Milli Ordumuzun 2016-cı ilin aprel ayında təcavüzkar Ermənistanın hərbi qüvvələrinə qarşı əldə etdiyi qələbə, o cümlədən Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin geri qaytarılması ilə bağlı Azərbaycan dövlətinin birmənalı və qətiyyətli mövqeyi barədə iştirakçılara məlumat verib.

Sonra “Zəfər tarixi” adlı video-çarx nümayiş olunub.

UNEC TEC-in sədri Ramiz Şükürov Azərbaycan Dövlət İqtisad Universitetinin başlatdığı “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” kompaniyası çərçivəsində olunan səfərlər barədə danışıb. Aprel döyüşlərində iştirak edən qiyabi təhsil alan tələbəmiz Kamran Şıxəliyev zəfər haqqındakı öz təəssüratlarını bölüşərək, tələbələrin suallarını da cavablandırıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay