A

UNEC-də Rabitə Bank, UNEC Karyera Mərkəzi, Maliyyə və mühasibat fakültəsinin birgə təşkilatçılığı ilə tələbələr üçün master klas təşkil olunub.

Rabitə Bankın Risklərin İdarəedilməsi Departamentinin şöbə müdiri Ramin Abbasov maliyyə ixtisası üzrə təhsil alan tələbələrə “Bank sektorunda risklər və risklərin idarəolunması” mövzusunda praktiki məlumatlar paylaşıb. O,  bazar, likvidlik, kredit və əməliyyat riskləri, həmçinin kredit risklərinin mahiyyəti, onların müəyyən edilməsi və qiymətləndirilməsi metodları, banklarda geniş istifadə olunan analizlər və onların qurulması formalarından ətraflı bəhs edib.

İnteraktiv müzahirə formasında keçən təlimdə tələbələri maraqlandıran suallar bank nümayəndələri tərəfindən cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay