A

UNEC-in Ekspertiza və standartlaşdırma fakültəsində birinci kursa qəbul olunan tələbələrlə görüş keçirilib.

Fakültənin dekanı, dosent Tofiq Osmanov birinci kursları tələbə adını qazanmaları münasibətilə təbrik edərək, onlara fakültə barədə məlumat verib. Fakültəyə qəbulun 100 faiz yerinə yetirildiyini deyən dekan, bu tədris ilində fakültə üzrə ən yüksək  göstəricinin 587.2 bal olduğunu diqqətə çatdırıb.

Görüşdə tələbələrə UNEC-də həyata keçirilən yeniliklər, elektron universitet modeli, mərkəzləşdirilimiş imtahan sessiyası və tədris prosesi barədə ətraflı məlumat verilib. Tələbələr arasında bilik uğrunda sağlam rəqabətin aparılması və onların stimullaşdırılması məqsədilə ikinci əlaçı təqaüdünün tətbiq olunduğu bildirilib. Tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif sosial layihələr, intellektual və idman yarışlarının keçirildiyi onların diqqətinə çatdırılıb. Xüsusi istedada malik tələbələrə Yaradıcılıq Mərkəzinin və Radio UNEC-in imkanlarından yararlanmaq tövsiyə olunub.

Görüşdə iştirak edən “İstehlak mallarının ekspertizası” kafedrasının müdiri, professor Əli Həsənov, “Standartlaşdırma və sertifikasiya” kafedrasının müdiri, professor Zabit Aslanov texniki və texnoloji ixtisasların perspektivlərindən danışıblar.

Sonra tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, fakültəyə “İstehlak mallarının ekspertizası və marketinqi” və “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisasları üzrə 227 tələbə qəbul olub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay