A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Distant, qiyabi və əlavə təhsil mərkəzinin V kurs tələbəsi Solmaz Zeynallı karatenin kyokuşin növü üzrə  Qafqaz çempionu olub.

UNEC-in rektoru, professor Ədalət Muradov Dünya kubokunun sahibi, dəfələrlə respublika çempionatının qalibi olan Solmaz Zeynallı ilə görüşüb. Rektor Ədalət Muradov Solmaz Zeynallını ölkəmizi uğurla təmsil edərək qızıl medala layiq görülməsi münasibətilə təbrik edib. Prezident İlham Əliyevin gənclərə və idmana olan diqqət və qayğısından söz açan rektor, Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını vurğulayıb. Rektor UNEC-də tələbələrin yüksək səviyyədə təhsil almaları ilə yanaşı, onların idmanla, sosial fəaliyyətlərlə də məşğul olmaları üçün universitetdə hər cür şəraitin yaradıldığını qeyd edib. Tələbələrin uğurlarından qürur duyduğunu ifadə edən professor Ədalət Muradov UNEC tələbəsinə  təhsilində və idman yarışlarında uğular arzulayıb.

Görüşdə Tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova S.Zeynallının idmanla birlikdə dərslərinə də məsuliyyətlə yanaşdığını bildirib.

Solmaz Zeynallı UNEC-də tələbələrə yaradılan şəraitə görə rektora təşəkkürünü bildirib. UNEC tələbəsi Azərbaycanın bayrağını daim zirvələrə qaldıracağını  vurğulayıb.

 

TOP XƏBƏRLƏR