A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin tələbələri Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təşkil olunan təlimlərdə iştirak ediblər.

“Maliyyə Savadlılığı” mövzusunda keçirilən 3 həftəlik təlimlərdə fakültənin “Maliyyə” ixtisasının tələbələri iştirak ediblər. Təlimlər zamanı Mərkəzi Bankın fəaliyyəti və funksiyaları, məsuliyyətli borclanma, dövlət pul nişanları və təhlükəsizlik, tədiyyə balansı və risk menecmenti mövzularında bankın mütəxəssisləri tələbələrə ətraflı məlumatlar veriblər.

Təlimlərin sonunda tələbələrə Mərkəzi Bankın sertifikatları təqdim olunub. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay