A

UNEC-də Karyera Mərkəzi və UNEC Model United Nation klubunun birgə təşkilatçılığı infosessiya keçirilib.

Görüşdə klubunun sədri Aytac Mirzoyeva BMT modelinin mahiyyəti, ölkələr üzrə təmsilçilik, iştirak şərtləri, simulasiya konfransının keçirilməsi qaydaları barədə ətraflı məlumat verib. Qeyd edilib ki, tədbirə qoşulan tələbələr diplomatiya, beynəlxalq əlaqələr, iqtisadiyyat üzrə ətraflı araşdırma apararaq, praktiki bilik və bacarıqları daha da təkmilləşdirmək imkanı qazanırlar.

UNEC-də növbəti BMT modeli üzrə konfransın dekabr ayında keçirilməsi nəzərdə tutulub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay