A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)  9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunan silsilə tədbirlər keçirilib. Tədbirlər Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

UNEC-in bütün fakültələrində təşkil olunan Bayraq Günündə tələbələrə üçrəngli bayrağımızın tarixindən, onun əhəmiyyətindən danışılıb. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildiyi və bunun o dövr üçün çox cəsarətli bir addım olduğu vurğulanıb. Bayrağa, vətənə olan sevginin insanlara, xüsusilə gənclərə aşılanması kimi müqəddəs vəzifənin layiqincə yerinə yetirilməsində ən böyük örnəyin ulu öndər Heydər Əliyev tərəfindən göstərildiyi, bu ənənənin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib. 

Bayraq Günü münasibətilə tələbələr şeirlər səsləndiriblər, musiqilər ifa ediblər.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay