A

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələri və şirkət rəhbərləri “İş yeri axtarma, iş yeri yarat” layihəsi çərçivəsində UNEC-də tələbələrlə görüşüb.

UNEC-in Karyera Mərkəzi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi tələbələri gənc sahibkarlığa təşviq etmək, real sektordakı mühiti təhlil etmək, biznes quruculuğunda təcrübə paylaşımını təmin etməkdir.

Görüşdə Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyasının sədri Kamran Hacızadə, “Naiqin Ko Tovuz - Baltiya” şirkətinin direktoru Günel Məmmədhəsənova, “ZD Travel” şirkətinin rəhbəri Vəli Dünyamalıyev, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının icraçı direktoru və “Səyahət” Turizm şirkətinin rəhbəri Tərlan Quliyev mövzu üzrə ətraflı və praktik biliklər paylaşıblar. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay