A

Dekabrın 3-dən start götürən XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019”da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri öz startap layihələri ilə təmsil olunurlar.

Bakı Ekspo Mərkəzində keçirilən yubiley sərgiyə Universitetin Zaqatala  filialının 3 tələbəsi “səyyar kinoteatr” startapı ilə qatılıb. Layihənin ideya rəhbəri maliyyə ixtisası, 3-cü kurs tələbəsi Əli Əhmədzadə, meneceri mühasibat uçotu və audit ixtisası, 4-cü kurs tələbəsi Mir Həsən Dadaşov, kontent meneceri isə maliyyə ixtisası, 2-ci kurs tələbəsi Nicat Mürsəlovdur. “Səyyar kinoteatr” hər ay müntəzəm olaraq ölkəmizin fərqli bölgələrində kütləvi şəkildə filmlər nümayiş etdirəcək bir layihədir. Müəlliflərin sözlərinə görə, sərginin ilk günündən startapa maraq yüksək olub. Yüzdən artıq ziyarətçi, o cümlədən sinema şirkətləri layihənin reallaşdırılmasında istəkli olduqlarını bildirib. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019” ilə tanış olublar.

Sərgi dekabrın 6-dək davam edəcək.  

TOP XƏBƏRLƏR