A

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilib.

Tədbirdə  ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Kollecin direktoru, dosent Oruc Məmmədov çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Heydər Əliyevin hələ sağlığında tarixin yaddaşında əbədiləşdiyini bildirib. O, xalqımızın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyasının məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib.

UNEC rektorunun kolleclər üzrə məsləhətçisi professor Nuru Mikayılov ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində müstəsna rolundan danışıb. Ulu Öndərin yürütdüyü uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin artıq dünyanın lider dövlətlərindən, regionun iqtisadi və siyasi mərkəzlərindən biri olduğunu vurğulayıb.

Kollecin müəllimi Mahal Zeynalova isə dahi şəxsiyyətin həyat yolundan, Ulu Öndərin azərbaycançılıq ideyasından, ölkəmizin müstəqillik qazanması və çiçəklənməsi yolunda atdığı addımlarından söz açıb, onun əziz xatirəsinin Azərbaycan xalqının ürəyində əbədi yaşayacağını bildirib.

Sonda ümummilli lider Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətinə həsr edilən sənədli film nümayiş olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay