A

UNEC-in müəllim və tələbə heyəti DİN Polis Akademiyasında “Dünya Azərbaycanlılarının Həmrəyliyi: tarixi inkişaf və müasir vəziyyət” mövzusunda keçirilən respublika ali təhsil müəssisələrinin tələbə elmi təşkilatlarının elmi-praktik konfransında iştirak edib.

Tədbirdə UNEC Tələbə Elmi Cəmiyyətinin sədri Amal Veysəlov “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının baş müəllimi Ərəbiyyə Mustafayevanın elmi rəhbərliyi ilə konfransa təqdim etdiyi “Dünya Azərbaycanlılarının həmrəyliyinin keçmişi və bu günü”  mövzusunda tezisi əsasında məruzə ilə çıxış edib.

Amal Veysəlov konfransın yekununda sertifikatla təltif olub.

Konfransda TEC üzvlərindən Nərmin Zeynallı, Yasin Məmmədov, Taleh Kərimzadə və Kənan Zeynalov da iştirak ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay