A

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Fevralın 26-da kollecdə keçirilən ilk dərslər Xocalı soyqırımına həsr olunub.

Xocalı soyqırımına həsr olunan tədbirdə kollecin direktoru, dosent Oruc Məmmədov və UNEC rektorunun kollec üzrə məsləhətçisi, professor Nuru Mikayılov və Azərbaycan Milli Tarix Muzeyinin əməkdaşı, dosent Bəhman Kərimov Xocalı soyqırımı, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində görülən işlərdən danışıblar.

Tədbirdə kollecin Tələbə Gənclər Təşkilatının Xocalı soyqırımına həsr etdiyi bədii proqramı və sənədli film nümayiş etdirilib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay