A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən İqtisadçı İntellektual Klubunun təşkilatçılığı ilə Qarabağın azad olunmasına həsr olunan "Zəfər Kuboku" adlı intellektual yarış keçirilib.

Yarışda suallar əsasən Qarabağla barədə olub. Onlayn formatda keçirilən intellektual yarışda 80-ə yaxın komanda və 500-ə yaxın UNEC tələbəsi iştirak bilik mübarizəsi aparıblar. Tələbələrin böyük maraq və həyəcanla izlədikləri virtual yarışda UNEC Dizayn Məktəbinin tələbələrindən ibarət "Dizaynşteyn" komandası qalib olub. II və III yerləri isə müvafiq olaraq "Qarmiş-Panterkirxen" və "Ovod" komandaları qazanıb.

Komandanın üzvləri Nərmin Tarverdiyeva, Leyla, Rəsulova Hökuməxanım Cəbrayılova, Baxçagül Piriyeva, Elşad Quluzadə, kapitanı isə Ülviyyə İsmayılovadır.

Yarışın qalibi olan "Dizaynşteyn" komandası uduş mükafatını SMA xəstəsi olan 1 yaşlı Tunara könüllü olaraq ianə edib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay