A

26 fevral UNEC-in Vətən müharibəsində şəhid olan məzunu Əbil Cəbizadənin doğum günüdür, yaşasaydı 28 yaşı olacaqdı.

Texnologiya və dizayn fakultəsinin məzunu olan şəhid Əbil Cəbizadənin ad günü münasibətilə UNEC kollektivi onun məzarını və ailəsini ziyarət edib. Rəqəmsal iqtisadiyyat fakültəsinin dekan vəzifəsini icra edən dos. Elman Cəfərov, UNEC Tələbə Həmkərlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı, qazı tələbə Ağaəli Quliyev və fəal tələbələr Sumqayıt Şəhidlər xiyabanında şəhidin məzarı önünə gül dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra UNEC kollektivi şəhidin ailəsinə baş çəkib, valideynlərinin Əbil haqqında xatirələrini dinləyiblər. Valideynləri Əbil Cəbizadənin Aprel döyüşlərində də iştirak etdiyini, döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə dəfələrlə fəxri fərmanlarla və təşəkkürnamələrlə təltif edildiyini deyiblər. Vətən müharibəsi başlayan kimi Əbilin cəbhəyə yollandığını, ilk gündən bir çox hərbi əməliyyatlarda iştirak etdiyini, Tərtər, Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə, xüsuslə də Xudafərin körpüsünün azad olunmasında böyük şücaət göstərdiyini bildiriblər.

Şəhidin döyüş yoldaşı isə Əbilin keçdiyi qəhrəmanlıq yolundan danışıb. 14 oktyabrda onun Xocavənd rayonunun Zoğalbulaq kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldığını deyib.

Ölümündən sonra Əbil Cəbizadə "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Görüşdə dos.Elman Cəfərov Əbilin tələbəlik illəri barədə xatirələrini ailəsi ilə bölüşüb. Ə.Cəbizadənin dərs keçdiyi auditoriyalardan birində güşənin yaradılacağını və həmin auditoriyaya şəhid məzunun adının veriləcəyini bildirib.

Sonda  THİK sədri Rüfət Süleymanlı şəhidin anasına Fəxri Fərman və üzərində şəhidin rəsmi və medalları olan UNEC-in xatirə hədiyyəsini təqdim edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay