A

"Azər Türk Bank" ASC ilə UNEC arasında əməkdaşlıq və birgə fəaliyyət çərçivəsində növbəti təlim keçirilib.

Online formada təşkil olunan görüşdə bankın Təlim və motivasiya şöbəsinin rəisi Mahir Həsənov Azərbaycanda Bank sistemi barədə tələbələrə praktiki məlumatlar çatdırıb. O, təlim zamanı Mərkəzi Bankın fəaliyyəti və funksiyaları, kommersiya banklarının fəaliyyət mexanizmi, idarəetmə və qərarvermə prosedurları, o cümlədən elektron bankçılıq və nağdsız ödənişlərin müasir vəziyyəti barədə mühüm məqamları açıqlayıb.

UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşün sonunda tələbələri maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay