A

UNEC-də "Azərbaycan 500 ASAN Startap Proqramı" barədə infosessiya keçirilib.

UNEC Karyera Mərkəzi və ASAN İnnovasiyalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən onlayn görüşdə “Azərbaycan 500 ASAN Startup” proqramı barədə ətraflı məlumat verilib,  eyni zamanda startup mövzusunda  təlim keçirilib. Proqramın layihə meneceri Ağahüseyn Əhmədov  və ASAN İnnovasiyalar Mərkəzinin əməkdaşlıq üzrə meneceri Ləman Səlimova izləyicilərə layihənin yaratdığı fürsətlərdən danışıblar. 

Bildirilib ki, proqrama qoşulan tələbələr eyni ideyaları paylaşan təsisçilər ilə tanış olacaq, geniş şəbəkəyə qoşulacaq, qlobal “500 Startups” şirkətinin müxtəlif tədbirlərinə və qlobal şəbəkəsinə çıxış imkanlarından yararlanacaqlar. Hənçinin proqram vasitəsilə xarici mentorlardan ödənişsiz təlimlər alacaqlar.

Çıxışlardan sonra startapların hazırlanması, innovativ ideyanın formalaşdırılması barədə interkativ təlim keçirilib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay