A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) SABAH Magistratura Layihəsi çərçivəsində “Elektron kommersiya” ixtisaslaşması üzrə elan olunan qrant müsabiqəsinin qalibi müəyyən olunub.

İyulun 7-də UNEC SABAH Magistratura layihəsi çərçivəsində “Elektron Kommersiya” ixtisaslaşması üzrə qrant müsabiqəsi elan olunduqdan sonra layihə təkliflərinin qəbulu iyulun 15-dək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-mail ünvanı üzərindən aparılıb.

İyulun 17-də müvafiq komissiyanın iştirakı ilə keçirilən müsabiqədə iddiaçı Fariz Əhmədovun təqdim etdiyi layihə qalib olub.

Layihə çərçivəsində tədris planının, sillabusların, dərs vəsaitlərinin, tədris, təcrübə və tədqiqat prosesi ilə bağlı qaydaların hazırlanması, elektron kommersiya laboratoriyasının yaradılması, eləcə də tədris prosesinə xarici müəllimlərin cəlb edilməsi nəzərdə tutulub. Tələbələrə tədqiqat qabiliyyətləri ilə yanaşı, əlavə bilik və bacarıqların qazandırılması üçün yerli və xarici ekspertlər tərəfindən təlim və seminarların təşkil olunması və xaricdə təcrübə keçməsinin təmin edilməsi də layihədə yer alıb.

Layihənin icra müddəti 14 ay nəzərdə tutulub.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay