A

Sentyabrın 20-də Qarabağın azadlığı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış UNEC-in məzunu İsgəndərov Əhmədağanın ad günü idi, yaşasaydı 32 yaşı olacaqdı.

Əhmədağa İsgəndərovun doğum günü münasibətilə Biznes və menecment fakültəsinin dekanı Mirağa Əhmədov, dekan müavini Elbrus Əkbərov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı və QƏTM THİK sədri Günay Ağazadə şəhidin məzarını və ailəsini ziyarət ediblər. UNEC kollektivi şəhidin məzarı önünə gül dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad ediblər. Sonra UNEC kollektivi şəhidin ailəsinə baş çəkiblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay