A

Oktyabrın 29-da Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu Eyvazlı Məzdəkin anım günüdür.

Şəhidin anım günündə UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov, müəllim və tələbələr, şəhidin ailə üzvləri Qaradağ rayonundakı Şəhidlər Xiyabanında onun məzarını ziyarət edilbər. UNEC kollektivi şəhidin əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarı önünə əklil  və gül dəstələri qoyublar.

Şəhid Məzdək Eyvazlı ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına ğörə” medalları ilə təltif edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay