A

AZƏRTAC

Noyabrın 4-də UNEC-in nəzdindəki Sosial-İqtisadi Kollecdə tələbə və müəllim heyətinin iştirakı ilə 8 Noyabr - Zəfər Günü ilə bağlı geniş tədbir keçirilib.

Kollecdən AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında 3 rəngli, ay-ulduzlu dövlət bayrağının 44 günlük Vətən müharibəsinin iştirakçıları olmuş tələbələr tərəfindən gətirilməsi ilə açılıb. Sonra Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsi yad edilib.

Kollecin direktoru pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov Azərbaycan xalqının əzm və iradəsindən, müasir ordu quruculuğu və xalq-iqtidar birliyindən söz açıb. Bildirib ki, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Tədbir “Zəfər” yallısı ilə başa çatıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay