A

İSE tələbələri ilə Şuşa məktəbliləri arasında Zəfər Gününə həsr olunan telekörpü yaradılıb. UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin ingilis dili dərsində (İSE) Şuşa şəhərinin işğaldan azad olunduğu gün qeyd edilib. Xarici dillər kafedrasının müəllimi Aynur Mirzəyevanın keçdiyi dərsdə 1087-ci qrup ilə Şuşa şəhəri 1 saylı Malıbəyli kənd orta məktəbinin şagirdləri ilə növbəti telekörpü yaradılıb.

Malıbəyli kənd orta məktəbinin direktoru Günəş Hüseynova, ingilis dili müəllimi Mina Məmmədova, UNEC müəllimi Aynur Mirzəyeva Prezident İlham Əliyevin möhkəm iradəsi, qəhrəman hərbçilərimizin rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına Azərbaycanın şanlı qələbəsinə bütün dünyanın şahidi olduğunu diqqətə çatdırıblar.  Mədəniyyət paytaxtımız olan Şuşanın əzəli, əbədi sahibinə qayıtmasının sevincini yaşadığımızı, Şuşa zəfərinin ordumuzun 44 günlük Vətən müharibəsinin dönüş nöqtəsi olduğunu deyiblər.     

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay