A

UNEC-də Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan xüsusi dərslər keçirilib.

Dərslərdə Xocalı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.

Rəqəmsal iqtisadiyyat, Biznes və menecment, Maliyyə və mühasibatlıq, Mühəndislik, İqtisadiyyat fakültələrində, Rus İqtisad Məktəbində, Magistratura mərkəzi və Rəqəmsal iqtisadiyyat fakültəsinin birgə təşkilatçılığı ilə keçirilən xüsusi dərslərdə mərkəzin direktoru prof.Qabil Manafov, kafedra müdirləri professor Vəkil Həsənov və Validə Mehdiyeva, professorlar Nizami Süleymanov, Abbas Seyidov, Hidayət Cəfərov, Məhəbbət Paşayeva, RİM-in dekan müavini Anar Eyyubov, Maliyyə və mühasibat fakültəsinin dekan müavini Azər Qarayev, İqtisadiyyat fakültəsinin dekan müavinləri Elşən Məmmədov və Rahim Mürsəlov, dosent Hümeyrə Mustafayeva, baş müəllimlər Şəfəq Həsənova, Mehriban Yusifova, Adilə Süleymanova, Qənirə Cabbarova və digərləri çıxış edərək, Xocalı faciəsinin səbəb və nəticələrindən söz açıblar, bu faciənin Azərbaycan xalqına qarşı erməni millətçilərinin illərlə həyata keçirdikləri etnik təmizləmə, soyqırım aktlarının davamı olduğunu vurğulayıblar.

Qeyd olunub ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 14 məktəb dağıdılıb, 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb.

Xüsusi dərslərdə 44 günlük  Vətən müharibəsində qazanılan zəfərdən də bəhs olunub. Bildirilib ki, Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və müzəffər ordumuzun əzmi sayəsində 44 günlük Vətən Müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı. 30 ildən sonra işğal altında olan torpaqlarımızın azadlığına nail olan xalqımız mübarizə əzminin qırılmadığını bir daha nümayiş etdirdi. 

Dərslərdə Xocalı soyqırımına həsr olunan videoçarxlar da nümayiş olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay