A

Zəfərimizlə başa çatan II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan UNEC-in məzunu Məzdək Eyvazovun fevralın 26-da cənnətdəki doğum günüdür.

Azərbaycan Ordusunun əsgəri olan Məzdək Eyvazlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Xocavəndin və  Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.

Məzdək Eyvazlı 29 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Şəhidin doğum günü münasibəti ilə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev, UNEC Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı tex.f.d.,dos.Cəfərov Elman və fəal tələbələr şəhidin məzarını ziyarət ediblər. UNEC kollektivi şəhidin məzarı və evləri qarşısında Şəhidin bulağının önünə gül dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay