A

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecdə Xocalı soyqırımının 30-cu il dönümü ilə bağlı Tədbirlər Planına əsasən “Xocalı soyqırımı xalqımıza qarşı törədilmiş ən böyük cinayətdir” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, daha sonra rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirmişlər.

Müsabiqəyə təqdim olunan rəsmlər içərisində 582 saylı qrup tələbəsi Bağırova Yeganənin rəsmi I,121 saylı qrup tələbəsi Əlizadə Cəmilə və 455 saylı qrup tələbəsi Abıyeva Aynurun rəsmləri II, 667 saylı qrup tələbəsi Kərimzadə Ayla, 708 saylı qrup tələbəsi Xanbiyeva Aytən və 322 saylı qrup tələbəsi Məmmədova Simarənin rəsmləri III yerə layiq görülmüşdür.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay