A

UNEC Qiyabi və əlavə təhsil mərkəzinin rəhbərliyi və əməkdaşları Sumqayıt şəhərində məskunlaşmış Xocalı qaçqınları Zərəfşan Hüseynova və Gülnarə İbrahimova ilə görüşüblər.

Görüşdə Zərəfşan Hüseynova və Gülnarə İbrahimova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri tərəfindən Xocalı şəhərinin işğalı, azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırımın canlı şahidləri olaraq yaşadıqları dəhşəti bölüşüblər.

Mərkəz direktoru Səbuhi Tanırverdiyev erməni qatillərinin Xocalıda həyata keçirdiyi etnik təmizləmə və soyqırım faktına hələ də layiqli qiyməti verilməməsinin xalqımıza qarşı ədalətsizlik olduğunu, 30 ilə yaxın müddətdən sonra qüdrətli Azərbaycan xalqının, müzəffər ali baş komandanın və ordumuzun işğalda olan torpaqlarımızı azad edərək Qarabağ uğrunda canından keçənlərin, eləcə də Xocalı şəhidlərinin qanının yerdə qalmadığını bildirib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay