A

UNEC-in Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə “UNEC TEChie Winner” bilik müsabiqəsi keçirilib.

TEC sədri Nəzrin İbrahimli müsabiqənin açılışında komandalara müsabiqənin qaydaları barədə məlumat verdikdən sonra uğurlar arzulayıb.

7 mərhələdən ibarət olan müsabiqənin hər mərhələsində komandalara müxtəlif mövzular barədə suallar təqdim olunub. Tələbələrin maraqla və həyəcanla yarışdığı bilik müsabiqəsinin sonunda ən yüksək xalı toplayan komanda qalib olub.

Yarış yekunlaşdıqdan sonra 1-ci yerin sahibinə mükafat olaraq pul və diplom, 2 və 3-cü yerin sahiblərinə isə diplomlar təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay