A

UNEC "İqtisadçı Tələbələrə Dəstək" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən "Art Club"ın təşkilatçılığı ilə "Cansız Təbiət" adlı rəsm müsabiqəsi keçirilib.

Tələbələrin çəkdikləri rəsmlər klubun direktoru Ayşən Cahangirova və idarə heyəti tərəfindən qiymətləndirilərək, qaliblər müəyyən olunub.

I yerin qalibi UNEC Dizayn Məktəbinin 1-ci kurs tələbəsi Lamiyə Zeynalzadə, 2-ci yer İqtisadiyyat fakültəsinin 1-ci kurs tələbəsi Şahnaz Qarayeva və III yerin sahibi isə Biznes və menecment fakültəsinin 1-ci kurs tələbəsi Əzizə Səlimova olub.

Qalibləri təbrik edirik, yeni yaradıcılıq uğurları arzulayırıq!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay