A

UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsi və UNEC “Rəqəmsal Könüllülər” təşkilatının  birgə təşəbbüsü ilə Türkiyənin nüfuzlu “Robotzadə” şirkətlər qrupunun baş direktoru  Ahmet Özaslan tələbələrlə görüşüb.

Tədbirdə şirkət rəhbəri “Ağıllı  sistemlər və robotların həyatımızda önəmi” mövzusunda çıxış edib. O, tələbələrə ağıllı sistemlərin hazırlanması və proqramlaşdırılması barədə ətraflı məlumat verib. Həmçinin dünyanın nüfuzlu robotics yarışlarından danışıb. Ahmet Özaslan dünya səviyyəli robotics yarışlarına qoşulmaq üçün Azərbaycan gənclərindən ibarət bir komanda yaratmaq istədiyini də tələbələrin nəzərinə çatdırıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR