A

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mubarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Vamiq Naməndzadə, DİN yanında İctimai Şuranın sədr müavini, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının və “XXI Əsrin Qadınları” İctimai Birliyin sədri Mahirə Əmirhüseynova, kollecin əməkdaşları və tələbələri iştirak ediblər.

Kollecin direktoru dos. Oruc Məmmədov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən dövlət siyasətinin mahiyyətindən danışıb.

Sonra DİN-nin nümayəndələri Vamiq Naməndzadə və Mahirə Əmirhüseynova çıxış edərək insan alverinin insan hüquq və azadlıqlarına yaratdığı təhlükədən, insan alverinə qarşı mübarizədə müvafiq qurumların qarşılıqlı fəaliyyətindən, insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarından, insan alverinin bütün formalarının qarşısının alınması və bu cinayətin qurbanlarının reabilitasiyası istiqamətində görülən işlərdən söz açıblar. Bu sahədə məlumatlandırma və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin zəruriliyini xüsusi vurğulayıblar.

Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş olunub və məlumatlandırıcı bukletlər paylanılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay