A

UNEC-in Maliyyə və mühasibat fakültəsində Dövlət İmtahan Mərkəzinin ACCA (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) ilə birgə vebinarı keçirilib.

Vebinarın məqsədi mühasibatlıq və maliyyə ixtisasında təhsil alan tələbələrin ACCA kvalifikasiyalarının yaratdığı imkanlar barədə maarifləndirilməsi olub.

ACCA-nın Türkiyə nümayəndəliyinin rəhbəri Filiz Demirözün keçirdiyi vebinarda “Mühasibat peşəsinin gələcəyi: Karyeranızı ACCA ilə yönləndirin” adlı tədqiqatın nəticələrini iştirakçılarla bölüşüb. O, maliyyə və mühasibatlıq sahəsində baş verən karyera trendləri və yeni yaranan karyera seqmentləri barədə məlumat verib, ACCA kvalifikasiyalarının peşəkarlıq səviyyəsini artırmaq istəyən şəxslərə yaratdığı imkanlar, eləcə də yeni qazanılmış peşəkar və texniki bacarıqların verdiyi üstünlüklərdən, ACCA kvalifikasiyalarına hazırlığın ən səmərəli üsullarından bəhs edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay