A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetində tələbələr üçün təlim keçirilib.

Agentliyin Əmək bazarının təhlili və inkişafı departamentinin müdiri Elman Sadıqov ilk olaraq tələbələrə məşğulluq sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib. Sonra isə dünyada postpandemiya dövründə biznes istiqamətləri, həmin bizneslərin əmək bazarında yaradacağı vəziyyət, baş verən dəyişikliklər fonunda tələbələrin əmək bazarının tələblərinə hazırlıqlı olması barədə təqdimatla çıxış edib.

Təlim sual-cavab formatında davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay