A

UNEC Dizayn Məktəbinin Tələbə Elmi Cəmiyyətinin Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə Dizayn kafedrasının professor-müəllim heyəti və “Dizayn” ixtisasında təhsil alan tələbələr iştirak ediblər.

UNEC Dizayn Məktəbinin direktoru, dosent Lalə Məmmədova Qarabağ xanlığının dövlətçilik tariximizdəki böyük rolundan və xanlığın sonuncu varisi olan Xan qızı Xurşudbanu Natəvanın ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına verdiyi töhfələrdən danışıb.

AMEA-ın M.Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Raqub Kərimov XIX əsrdə yaşayıb-yaradan Natəvanın milli poeziyamızda unikal örnəklər yaratmaqla yanaşı, onun gözəl rəssam, tikmə ustası kimi də tarixdə qalması iştirakçılara məlumat verib.

Azərbaycan Respublikasının xalq artisti Nurəddin Mehdixanlı X.Natəvanın Şərq poetik ənənələrini sədaqətlə yazıb-yaratmış, mənəvi saflığa çağıran və insana məhəbbət, həqiqi inam hissi aşılayan, zərif lirizmə malik və zəngin bir irs qoyub getdiyini bildirib. Onun başçılıq etdiyi ədəbi məclisin öz ətrafında dövrün qabaqçıl ziyalılarını topladlığını və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərdiyini bildirib.

Sonra UNEC Dizayn məktəbi TEC rəhbəri Gülçöhrə Salehzadənin rəhbərliyilə tələbə Aysel Ələkbərzadə Xurşidbanu Natəvanın həyat və yaradıcılığına dair maraqlı təqdimatla çıxış edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay