A

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə ulu öndər Heydər Əliyevin anadan olmasından 99-cu ildönümü münasibətilə tədbirlər planına uyğun olaraq “Müasir Azərbaycanın qurucusu” adlı tədbir keçirilib.

Tədbirdə ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edən videoçarx nümayiş etdirilib. Sonra ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tələbələr arasında kecirilən inşa və şeir müsabiqəsinin qalibləri elan olunub.

Tədbirdə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Sən elə zirvəsən”adlı respublika müsabiqəsində şeir nominasiyası üzrə 2-ci yeri tutan “Maliyyə işi” ixtisasının 1-ci kurs tələbəsi Aydan Ələkbərovaya qalib diplomu təqdim edilib.

Həmçinin kollecin “İnformatika fənn birləşməsinin” təşkil etdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

Kollecin direktoru pedaqoji elmlər doktoru Vidadi Orucov qalibləri təbrik edərək, onlara uğurlar arzulayıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay